...

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi hökumətə ölkənin regionlarından taxıl almağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2009 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.Babayeva / "Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi hökümətə ölkənin regionlarında istehsal olunan taxılın bir hissəsini almağı təklif edir", - cümə günü qurumun başçısı İsmət Abbasov deyib.

"Bizim məlumatımıza görə, istehsalçılar taxılı regionlarda tam şəkildə realizə edə bilmirlər və bu heç də fərəhli faktor deyil. Bu il məhsul yenə də çox olacaq və bu halda eyni problem ortaya çıxacaq", - Abbasov deyib.

Taxıl, istehsalçılardan bazar qiymətlərinə alınacaq. Ancaq hələ k,i bu barədə heç bir qərar verilməyib.

Abbasovun sözlərinə görə, bu tədbir istehsalçıların öz fəaliyyətlərini qarşıdakı illərdə də davam etdirmək üçün stimul verəcək.

Nazir həmçinin, taxıl da daxil olmaqla kənd təsərrüfatı subsidiyalarının verilmə mexanizmində dəyişikliklərin olacağını da istisna etməyib. Belədə, məsələn istehsalçılar dövlət vəsaitlərini hər əkin hektarına görə yox, məhsul yığımından sonra ala biləcək.

Abbasov hesab edir ki, bu tədbir gələcəkdə həm də kartof və tərəvəz istehsalçılarına münasibətdə də tətbiq oluna bilər.

2008-ci ildə taxıl istehsalı 500 min ton artırılıb. Bu il əlavə 800 min hektar əkin sahəsi səviyyəsində artım gözlənilir ki, bu da 2,1 milyon ton həcmində məhsul artımı deməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti