...

Bank Respublika 2 yeni regional filialının rəsmi açılışını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2009 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend / "Bank Respublika Mingəçevir və Şəki şəhərlərində 2 yeni regional filialının açılışını keçirib", - bankın çərşənbə axşamı yayılmış məlumatında deyilir.

Filialın açılış mərasimində Bankın rəhbərliyi, departament və filial direktorları, həmçinin bu şəhərlərin icra hakimiyyətinin rəhbər və nümayəndələri iştirak edib.

Yeni filialların açılış mərasimində iştirak edən Bankın nümayəndələri, həmçinin Şəkidə korporativ istirahət keçirib və şəhərin tarixi yerlərini ziyarət edib.

Mingəçevir şəhərində Bank Respublika-nın filialı H.Əliyev pr. 28A ünvanında, Şəki şəhərində isə Bankın filialı M.Ə.Rəsulzadə küç. 180, 2-ci giriş ünvanında fəaliyyət göstərir. Filiallar fiziki və hüquqi şəxslərə hesablaşma-kassa, kreditlər, depozitlər, plastik kartlar, müxtəlif sistemlər üzrə təcili pul köçürmələri, mobil rabitə ödənişi və digər müxtəlif bank xidmətləri göstərir.

"Filialların sayının artırılması Bank Respublika üçün prioritet məsələlərdən biridir. Azərbaycanın müxtəlif regionlarında bank xidmətlərinə artan tələbatı nəzərə alaraq Bank Respublika regional xidmət şəbəkəsinin genişləndirilməsinə xüsusi ilə önəm verir", - məlumatda deyilir.

Hazırda Bank Respublika-nın 32 filial və şöbəsi fəaliyyətdədir. Bank Respublika ölkənin aparıcı banklarından biri olmaqla yanaşı, müştəri xidməti şəbəkəsinin və Azərbaycan regionlarının əhatə dairəsinə görə də əsas banklardandır.

Bu il ərzində Bank Respublika filial şəbəkəsinin genişləndirilməsini planlaşdırır və yeni filialların açılışı ilə əlaqədar müxtəlif regionlarda işlər aparılır.

Xəbər lenti

Xəbər lenti