...

Azərbaycanda qiymətləndiricilik fəaliyyəti sahəsində pozuntular üzrə inzibati tədbirlər gücləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2009 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Ü.İsmayılova /

"Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) "Qıymətləndiricilik fəaliyyəti haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi üzrə, qiymətləndiricilik fəaliyyəti üzrə işçi qrupu tərəfindən verilənlərə əsasən, qiymətləndiriciliklə məşğul olan Azərbaycan qiymətləndiriciləri qeyri-peşəkar və keyfiyyətsiz xidmətlər göstərəcəyi halda bu fəaliyyətlə məşğul olmayacaqlar", - çərşənbə günü Rusiya Qiymətləndiricilər Cəmiyyətinin (QSC) birinci vitse-prezidenti, BMK işçi qrupunun üzvü İqor Artemenkov deyib.

"Bu tədbirlər əmlakın qiymətləndirilməsi üzrə təqdim olunan xidmətlərin inkişafı və keyfiyyətinin gücləndirilməsi üçün görüləcək", - Artemenkov bildirib.

Onun sözlərinə görə, qanuna həmçinin cərimənin "xüsusi səviyyəsi" bəndi də daxil ediləcək ki, bu da sövdələşmə və keyfiyyətsiz xidmətlərin təqdim edilməsi zamanı tətbiq ediləcək.

Artemenkovun sözlərinə görə, birinci mərhələdə, həmçinin bu pozuntulara görə cinayət məsuliyyətinin tətbiqi də nəzərdə tutulurdu. Ancaq sonradan inzibati və peşəkar məsuliyyət məfhumunun tətbiq edilməsi haqda qərar qəbul edildi. Buraya isə pozuntudan asılı olaraq qiymətləndiricilik fəaliyyətindən müəyyən müddətə və ömürlük uzaqlaşdırılma nəzərdə tutulur.

"Qanunun yeni redaksiyası ilin sonuna qədər qəbul edilə bilər", - Artemenkov deyib.

"AQC iqtisadi siyasət üzrə daimi parlament komissiyasına "Qiymətləndiricilik fəaliyyəti haqqında" qanuna hazırladıqları əlavə və dəyişikliklər təklifini verib", - bir müddət əvvəl cəmiyyətin icraçı direktoru Elçin Səmədli deyib.

Özünüidarəetmə, həmçinin peşəkar təşkilat tərəfindən qiymətləndiricinin xidmət keyfiyyətinə nəzarət prinsipinə əsaslanan "Qiymətləndiricilik fəaliyyəti haqqında" qanunun yeni redaksiyasını Artemenkov hazırlayıb.

Qanunda qiymətləndiricilərin qiymətləndiricilər cəmiyyətində məcburi üzvlüyü, (bununla onlar bazara çıxış əldə edəcəklər) eləcə də qiymətləndiricinin məsuliyyətinin məcburi sığortalanması da nəzərdə tutulur. Bununla da, Artemenkovun fikrincə, peşəkar təşkilatın statusu qalxacaq.

Analoji mexanizm Rusiyada "Qiymətləndiricilik fəaliyyəti haqqında" qanunda tətbiq olunub və bu sistem bu gün yetərincə səmərəli şəkildə qurulub. Bütün bu mexanizmlər inkişaf etmiş bazarlarda fəaliyyət göstərir. Məsləhətçi hesab edir ki, qiymətləndiricilər özünüidarəetmə orqanlı təşkilatların birində üzv olmalıdırlar. Azərbaycanda ilk mərhələdə üzvlərin ümumi sayı 100-200 nəfər ətrafında ola bilər ki, Rusiyada bu rəqəm 300 nəfərdir.

AQC 1997-ci ildə qeydiyyatdan keçirilib - bu ictimai təşkilat Azərbaycanda fəaliyyət göstərən bütün qiymətləndiriciləri birləşdirir. AQC-nin 80 fiziki və 7 hüquqi şəxs üzvü var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti