...

Turizm böhrana tab gətirir – Avstriyanın iqtisadiyyat naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2009 12:13 (UTC +04:00)
Turizm böhrana tab gətirir – Avstriyanın iqtisadiyyat naziri

Avstriya, Vyana, 01 aprel / Trend , müxbir A.Ələskərov /

2008-2009-cu illərin qışı Avstriya tarixində turizm sektorunun iqtisadi göstəriciləri üzrə ikinci ən yaxşı mövsüm olub. 

"Ötən qış - Avstriyanın tarixində ikinci ən yaxşı mövsümdür. Turizm və kiçik və orta sahibkarlıq sektoru böhranın öhdəsindən gəlməkdədir. Bu olduqca ümidverici amildir", - deyə Avstiryanın iqtisadiyyat naziri Reynxold Mitterlener bildirib. Bu barədə   Trend -ın Vyanadakı xüsusi müxbiri xəbər verir.  

Avstriyanın Statistik İdarəetmə və İqtisadi Araşdırmalar İnstitutunun məlumatına görə, 2008-ci ilin noyabrından 2009-cu ilin fevral ayınadək Avstriyaya gələnlərin sayı iki faiz artaraq 10,4 mln. nəfərə çatıb. Bu dövr ərzində Avstriyada mal və xidmət satışı 2,6 faiz artaraq 8,72 mlrd. avroya çatıb.

"Avstriya federal hökumətinin turizmə dəstəyi böyük sayda turist cəlb edir, kiçik və orta sahibkarlıq sektoruna yardım göstərir", - deyə Mitterlener bildirib.

Məqalə müəllifi iləəlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti