...

Azərbaycanda ölkənin turizm potensialının təbliği üçün ən yaxşı dizayn işləri üzrə tender elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2009 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir Ü.İsmayılova / 

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq sərgilərdə Azərbaycanın turizm ponesialını təbliğ etmək məqsədilə yerli şirkətlər üçün ən yaxşı dizayn işinə dair müsabiqə elan edib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında bildirilir.

Müsabiqə müasir və milli üslublu lövhələrin dizayn işlərinin aparılması üçün elan olunub.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialını təbliğ etmək və turist cəlb etmək məqsədilə hər il bir sıra beynəlxalq turizm sərgilərində iştirak edir.

Rəsmi proqnozlara görə, 2009-cu ildə Azərbaycana turist axını 10 faiz artacaq.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti