...

Azərbaycan dünyanın yeni turizm mərkəzi olacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2009 13:32 (UTC +04:00)
Azərbaycan dünyanın yeni turizm mərkəzi olacaq - nazir

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir Ü.İsmayılova / 

"Azərbaycan öz coğrafi məkanı, imkanları və aparılan islahatlar hesabına dünyada məşhur turizm istiqamətinə çevrilib", - cümə axşamı Azərbaycanın VIII Beynəlxalq "Turizm və səhayət" sərgisinin açılışında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, sərgidə Azərbaycanın turizm potensialını 100-ə yaxın şirkət təmsil edir.

Nazir bildirib ki, hazırda Azərbaycanda 35 yeni mehmanxana tikilir. Ümumilikdə, ölkədə onların sayı 300-dən çoxdur. Ötən il Azərbaycanda dörd yeni beynəlxalq hava limanı açılıb.

"Hesab edirəm ki, Azərbaycan yaxın iki-üç ildə dünyanın daha bir turizm regionuna çevriləcək. 2008-ci ildə dünyada maliyyə böhranının dərinləşməsinə baxmayaraq, Azərbaycanda əksinə, ölkəyə gələn xarici vətəndaşların sayı ilk dəfə 1,899 milyon nəfər təşkil edib. 2007-ci ildə bu rəqəm 1,3 milyon olub", - Qarayev deyib.

"Turizm və səhayət" sərgisində iştirak edən dövlətlərin sayı ilk dəfədir ki, 22 olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti