...

Azərbaycanda müvəqqəti olaraq quş ovuna olan qadağa aradan qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2009 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir S.Babayeva /

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "quş qripi" virusunun yayılması təhlükəsi ilə bağlı 2006-cı ildən tətbiq edilən sinantrop və köçəri quşların ovlanmasına qoyulan qadağanı müvəqqəti olaraq qaldırıb.

"Belə bir qərar Azərbaycanda sabit epizotik vəziyyətin olması və ovçular tərəfindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq qəbul edilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət təqdim edilib", - dövlət xidmətindən deyiblər.

Qadağanın aradan qaldırılması ilə bağlı qərar 20099-cu ilin may-noyabr ərzində qüvvədə olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti