Azərbaycan, Bakı, 20 may / Trend /
"Bank of Azerbaijan MAY - Manat Al və Yerləşdir aksiyasına davam edir. Bu aksiyanın ölkə bank sektorunda analoqu yoxdur", - bankın məlumatında deyilir.
"Bu aksiya bir çox vətəndaşlarımızın ürəyincə olub. MAY aksiyasının ilk həftəsi çərçivəsində xeyli insan banka müraciət edib. Bu, Bank of Azerbaijan-ın bütün başlanğıclarının yalnız vətəndaşların rifahının yüksəldilməsinə yönəldiyinə daha bir sübutdur", - bankın məlumatında deyilir.
Aksiyanın mahiyyəti isə çox sadə olaraq ondan ibarətdir ki, bank dollarları manata ölkədə ən yüksək məzənnə ilə dəyişir. Satışın həddi yoxdur, yəni müştəri banka istədiyi miqdarda dollar sata bilər.
Bank yalnız dollarları almır, həm də qoyulmuş manatların çoxalmasını təmin edir. Dollarları manata dəyişərək, müştəri onları bankdakı hesabında altı aydan az olmamaq şərtilə saxlayır. 6 aydan sonra isə faiz artımına görə məbləğ illik olaraq 15% artacaq. Müştəri öz vəsaitini bir il müddətinə bankda yerləşdirirsə, bu halda faiz dərəcəsi müvafiq olaraq 17%, 2 ilə 18%, 3 ilə isə 19% təşkil edəcək.
Üstəlik, Bank of Azerbaijan bu faizləri hər ay ödəyir.
Əhalidə böyük maraq oyadan aksiya ayın sonunda başa çatacaq.