...

Azərbaycanda ipoteka kreditləşməsi bərpa edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2009 13:14 (UTC +04:00)
Azərbaycanda ipoteka kreditləşməsi bərpa edilir

Azərbaycan, Bakı, 01iyun / Trend , müxbir Ü.İsmayılova /

Bu gündən etibarən Azərbaycanda 2007-ci ilin yayında vəsait çatışmazlığı səbəbindən dayandırılan ipoteka kreditləşməsi bərpa edilir.

Qİymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) cümə günü Azərbaycan Mərkəzi Bankının nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) faizsiz, adlı sənədsiz istiqrazlarının emissiyasını qeydiyyata alıb. Hərəsinin nominal dəyəri 1000 manat olan 55 min istiqraz qeydə alınıb.

İpoteka kreditləşdirilməsinin başlanması səbəbindən AİF səlahiyytəli 17 bank, 7 qiymətləndirmə şirkəti və 10 sığortaçının adı təsdiq olunub.

Fondun xətti ilə kreditin verilmə şərtləri aşağıdakılardır: kreditləri milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilə bilər; ipotekanın predmeti yalnız mənzil və özəl evlər, kreditin məbləği ipoteka üçün girov verilən daşınmaz əmlakın bazar qiymətinin 85 faizini ötməməlidir; kredit üçün aylıq ödəmə borc götürən şəxsin maaşının 70 faizini ötməməlidir; həyatın sığorta məbləği ipoteka kreditindən çox olmalıdır və s.

Güzəştli kreditlərə çıxış imkanına şəhid, milli qəhrəmanların, məcburi köçkünlərin ailələrinin üzvləri, üç ildən çox stajı olan dövlət qulluqçuları, elmlər namizədi və doktorları, idmanda xidmətləri olan şəxslər, həmçinin minimum üç ay hərbi xidmət stajı olan şəxslər malik olacaq. Güzəştli ipoteka krediti almaq hüququ olan hər bir ailə bu imkandan yalnız bir dəfə yararlana bilər.

Azərbaycan İpoteka Fondu bu günədək səlahiyyətli banklar tərəfindən ayrılan ipoteka kreditlərini 63,3 mln. manat səviyyəsində təkrar maliyyələşdirib ki, bu da ipoteka portfelinin ümumi həcminin 93 faizini təşkil edir. 2006-cı ilin martından 2007-ci ilin iyunundək AİF-in mənzil alqısının maliyyələşdirilməsi üzrə fəal əməliyyatlar apardığı dövr ərzində banklar tərəfindən 67,9 mln. manat həcmində ipoteka krediti verilib.

Azərbaycanın 2005-2008-ci illərin dövlət büdcəsində AİF vasitəsilə ipotekanın maliyyələşdirilməsi üçün 94 milyon manat nəzərdə tutulub. Bu məbləğin 68 mln. manatı banklar vasitəsilə artıq verilib.

2009-cu ildə sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsində 14,5 mln. manat nəzərdə tutulub.

İyunun 1-nə rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti