...

Azərbaycanın ADA Group şirkəti Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend /

Qara Dəniz Ticarət və İnkişaf Bankı  rəhbərliyinin dəvəti ilə Azərbaycanın ADA Şirkətlər Qrupunun nümayəndə heyəti  iyun ayının 14-də Yunanıstanın Saloniki şəhərində Bankın 10 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Tədbirlər zamanı Bank rəhbərliyi ilə ikitərəfli görüşlər keçiriləcək, gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq.

ADA Şirkətlər Qrupunu Direktorlar Şurasının sədri S.P.İvaşkeviçin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Xatırladaq  ki,  "Almalı" layihəsinin inkişaf perespektivlərini nəzərə alan Bank, layihənin inkişafı məqsədilə 9 mln. ABŞ dolları həcmində kredit ayırmışdır. Hazırda kredit üçün girov qoyulmuş əmlaka dair tərəflər arasında imzalanmış sənəd dövlət qeydiyyatına alınması üçün Krasnodar vilayətinin aidiyyatı qurumlarına təqdim olunub. Kredit üçün Qara Dəniz sahilində səhmdarlara  məxsus daşınmaz əmlak girov qoyulmuşdur ki, Beyker Tilli şirkətinin hesablamalarına görə, bu  əmlakın dəyəri 10 mln. ABŞ dollarıdır. QDTİB-nın tarixində ilk dəfədir ki, kredit təminatı qismində borcgötürənin əsas fəaliyyətini təşkil edən ölkə hüdudlarından kənardakı aktiv çıxış edir.

2009-cu ili "Biznesin keyfiyyəti" ili elan edən ADA Şirkətlər Qrupu ilin ilk 5 ayı ərzində artıq 5 layihəni uğurla başa vurub. Son zamanlar ərzaq pərakəndəçiliyi sektoruna maliyyə institutlarının marağının artması ADA Qrupa daha geniş fəaliyyət imkanları yaradıb. May ayının 21-də Bakı şəhərində keçirilən Direktorlar Şurasının növbəti toplantısında layihəyə onun əsas səhmdarı olan IFC tərəfindən 6 mln. ABŞ dollarının cəlb olunmasına dair qərar qəbul olunub. Bu vəsait yerli banklardan yüksək faizlə götürülmüş kreditlərin qaytarılmasına sərf olunacaq ki, bu da gəlirlərin xeyli artmasına təkan verəcək.

Xəbər lenti

Xəbər lenti