...

Azərbaycanda növbəti dəfə istehlakçı hüquqlarının pozulması faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2009 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi nəzdində İstehlak Bazarına Dövlət Nəzarət Xidməti Bakı şəhərində və ölkə regionlarında istehlakçı hüquqlarının pozulması faktlarının aşkar olunması üzrə monitorinqləri davam etdirir. Bu barədə nazirliyin məlumatında deyilir.

Növbəti monitorinqlər iyunun 10-12-də keçirilib. Yoxlamalar zamanı Bakının Nizami, Xətai, Nəsimi rayonlarında, həmçinin Sumqayıt şəhərində 6,3 ton vaxtı ötmüş ərzaq məhsulları (kolbasa məmulatları, süd məhsulları, bitki yağları, göbələk, konservləşdirilmiş məhsullar, həmçinin dondurma, sərinləşdirici içkilər və s.) aşkar edilib. Bütün məhsullar satışdan çıxarılaraq məhv edilib.  

Dövlət Xidmətinin bu dövr ərzində Xaçmaz şəhərində keçirdiyi monitorinq zamanı tikinti materiallarının satıldığı obyektlərdən birində satışdan 19,5 ton saxta sement çıxarılıb. 

İstehlakçı hüquqları pozucuları olan üç hüquqi və 15 fiziki şəxsə qarşı inzibati qayda pozuntu üzrə protokol tərtib edilib.

Azərbaycan Prezidentinin 2009-cu il may ayının 17-də "İnzibati qayda pozuntuları məcəlləsinə əlavə və düzəlişlərin edilməsinin təsdiqlənməsi barədə" fərmanından sonra 13 hüquqi şəxsə 48,5 min manat, 62 fiziki şəxsə isə 92,4 min manat məbləğində cərimə tətbiq edilib. 

Monitorinqlər davam edir. 

İyunun 18-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital@trend

Xəbər lenti

Xəbər lenti