...

Azərbaycanda fəaliyyət göstərən xarici müəssisələrin əcnəbi işçilər gətirməsi məhdudlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2009 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir İ. Xəlilova /

Azərbaycanın Milli Məclisi (Parlament) "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna xarici şirkətlərin filiallarının və nümayəndəliklərinin rəhbər vəzifələrinə əcnəbi vətəndaşların götürülməsinin məhdudlaşdırılmasını nəzərdə tutan əlavələri qəbul edib.

Qanuna əlavə olunmuş yeni maddəyə əsasən, təsisçiləri xarici vətəndaşlar, yaxud hüquqi şəxslər olan xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri, həmçinin onlara 51 faizlik səhm paketinin verilişi zamanı, Azərbaycan vətəndaşı olmalı və onların namizədlikləri icra hökumətinin müvafiq orqanları ilə razılaşdırılmalıdır. Üstəlik, onların namizədliklərinin təsdiqlənməsi zamanı təsisatlar dövlət qeydiyyatına buraxıla bilər.

Xarici müəssisələr kənd təsərrüfatı, ovçuluq və meşə təsəsrrüfatı, balıqçılıq, mədən sənayesi, emal sənayesi, elektrik enerjisinin istehsalı və tənzimlənməsi, qaz və su, tikinti materiallarının topdan və pərakəndə satışı, avtomobil təmiri, məişət avandanlıqları və şəxsi istehlak malları, restoran və mehmanxana xidmətinin göstərilməsi, anbar təsərrüfatı, nəqliyyat və rabitə, maliyyə fəaliyyəti, əmlak əməliyyatları və Azərbaycan vətəndaşlarının azı 90 faizinin yararlandığı digər sahələrdə fəaliyyət göstərir.

"Sahibkarlıq fəaliyyəti haqqında" qanun 1992-ci ildən qüvvədədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti