...

Azərbaycanda daha bir qeyri-bank kredit təşkilatı banka transformasiya olmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir İ.Xəlilova /

FİNCA Azerbaijan qeyri-bank təşkilatı xarici investorlarla onun bazasında bank yaradılmasında səhmdar olmaq mövzusunda danışıqlar aparır. Bu barədə cümə günü Finka Azerbaijan-ın əməliyyat meneceri Kamran Abdullayev məlumat verib.

"Baş ofisimizin planına görə, bu danışıqlar 2009-cu ilin sonlarına qədər başa çatmalıdır və yalnız yeni bankın səhmdarları heyəti müəyyənləşdikdən sonra bank fəaliyyəti üçün baş lisenziyanın alınmasına dair Azərbaycanın Mərkəzi bankına müraciət etmək niyyətindəyik", - Abdullayev deyib.

Hazırda Finka Azerbaijan-ın tam təsisçisi Finka İnternational beynəlxalq təşkilatıdır.

Finka Azerbaijan-ın respublika ərazisi üzrə ölkənin bütün rayonlarını əhatə edən 24 filialı fəaliyyət göstərir. Bir filial üç-dörd regonun fəaliyyətini birləşdirir. Bu gün Finka Azerbaijan-ın fəal müştərilərinin kredit portfeli 66 milyon dollardan yuxarı kredit portfeli üzrə 82 mini keçib. İlin sonuna kimi müştəri bazasının 100 minə çatdırılması planlaşdırlır.

FİNCA Azerbaijan ölkənin aparıcı qeyri-bank kredit təşkilatlarından biridir. Təşkilat 1998-ci ildə yaradılıb, dünyanın 22 ölkəsində fəaliyyət göstərən Finca İnternational mikromaliyyə strukturunun bir hissəsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti