...

Azərbaycanın nümayəndə heyəti DTT-yə üvlüyə dair çoxtərəfli danışıqlara göndərilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2009 16:02 (UTC +04:00)
Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi Azərbaycan danışıq qrupu iyulun 19-da Dünya Ticarət Təşkilatının (DTT) tamhüquqlu üzvlüyünə dair çoxtərəfli danışıqların VII raundunun keçirilməsi üçün Cenevrəyə göndəriləcək.

Azərbaycan, Bakı, 18 iyul / Trend , müxbir İ. Xəlilova/

Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi Azərbaycan danışıq qrupu iyulun 19-da Dünya Ticarət Təşkilatının (DTT) tamhüquqlu üzvlüyünə dair çoxtərəfli danışıqların VII raundunun keçirilməsi üçün Cenevrəyə göndəriləcək. Bu barədə şənbə günü hökumətdən bildiriblər.

"Çoxtərəfli danışıqlar iyulun 24-nə planlaşdırılıb və iştirak etmək üçün artıq DTT-nin 28 üzv ölkəsi qeydiyyatdan keçib", - hökumətdən deyilib.

Daha əvvəl hökumət danışıqların iyunda aparılmasını planlaşdırırdı.

Dekabr görüşündə (VI raund) görülmüş iş barədə hesabatın hazırlanması çərçivəsində məhsul və xidmətlər üzrə danışıqlar aparılmışdı. Lakin kənd təsərrüfatına dair danışıqlar DTT katibliyinin xahişi ilə təxirə salınmışdı.

Bu danışıqlar Doxov raundu çərçivəsində DTT-nin üzv ölkələrinin nazirlərinin görüşünə hazırlıqla bağlı təxirə salınmışdı. Çünki kənd təsərrüfatı üzrə bütün mütəxəssilər ticarət nazirlərinin görüşünün hazırlıqlarına cəlb olunmuşdular.

"Biz razılaşmışıq ki, DTT-nin üzv ölkələri bizə kənd təsərrüftatına dair təkliflərini təqdim etsinlər. Təkliflərin öyrənilməsindən sonra bu istiqamətdə çoxtərəfli danışıqların aparılması üçün ayrıca görüş keçirilə bilər", - bir müddət əvvəl Məmmədquliyev deyib.

Məsələlər Kanada və ABŞ tərəfindən qoyulub. Avropa ittifaqı isə Cenevrədə çoxtərəfli danışıqlar zamanı nəzərdə tutulmuş ikitərəfli görüşlərdə onları təqdim etməyə söz verib. Cavabların hazırlanması zamanı istehsalçıların milli maraqları, iqtisadi inkişaf strategiyası, eləcə də dünya bazarında mövcud reallırlar nəzərə alınıb.

Azərbaycan inkişaf etməkdə olan ölkə statusu ilə və iqtisadiyatın inkişafına və güclənməsinə gələcəkdə ziyan dəyməmək şərtilə DTT-yə daxil olmaq istəyir.

1997-ci ildən Azərbaycan DTT-də müşahidəçi qismində təmsil olunur.

Mərkəzi Asiya Regional Iqtisadi Əməkdaşlıq (CARES) proqramının qiymətləndirməsinə görə, proqramın üzv ölkələri 2013-cü ilə qədər DTT-yə daxil olacaqlar. Hazırda 8 CARES ölkəsindən üçü - Çin, Qırğızstan və Monqolustan artıq DTT-nin üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti