...

Atabank-ın aktivləri il ərzində 50 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2009 14:23 (UTC +04:00)
Azərbaycanın Atabank bankının aktivləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,1% artaraq, iyulun 1-nə 176,4 milyon manat təşkil edib. Aktivlərin artımı 59,7 milyon manat olub.
Atabank-ın aktivləri il ərzində 50 faizdən çox artıb

Azərbaycan, Bakı, 22 iyul / Trend /

Azərbaycanın Atabank bankının aktivləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,1%  artaraq, iyulun 1-nə 176,4 milyon manat təşkil edib. Aktivlərin artımı 59,7 milyon manat olub.

Hesabat  dövrü ərzində kredit  portfeli  34,6 %  və ya  31,0  milyon manat  artaraq, 120,7  milyon manata bərabər olub.

Bu dövr ərzində bankın müddətli depozit portfeli 50,6 milyon manat və ya 74,8%  artaraq, 118,2 milyon manatı keçib. Son 1 il ərzində fiziki şəxslərin müddətli depozitləri 29,7% və ya 13,9 milyon manat artaraq, 60,8 milyon manat təşkil edib. 

2009-cu ilin ilk 6 ayı ərzində AtaBank-ın balans mənfəəti 2,9 milyon manat olub.

İyulun 22-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti