...

BakI-Tbilisi-Qars dəmiryolunun tikintisində ləngimə var – Gürcüstanın Azərbaycandakı səfiri

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2009 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend /

Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsinin realizəsi keçən ilin avqustunda baş verən gürcü-osetin münaqişəsi və geoloji problemlərə görə ləngiyir. Bu barədə cümə günü Bakıda Gürcüstanın Azərbaycandakı səfiri Nikolaz Natbiladze deyib.

"Layihənin reallaşmasının lənigmə səbəbləri keçən il müharibənin olması və geoloji problemlərdir", - Natbiladze deyib.

Lakin bir müddət əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mühəndisi Qurban Nəzirovun dediyi kimi, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolunun inşası işləri planlaşdırılmış qrafikə uyğun aparılır. "Bu yaxınlarda ekspertlər qrupumuz Gürcüstanda olub. Orada iş qrafikə uyğun aparılır. Tikintidə və maliyyələşmədə heç bir problem yoxdur", - Nəzirov bildirmişdi.

Azərbaycanın Nəqliyyat Nazirliyindən də layihə çərçivəsində işlərin normal rejimdə aparıldığı deyilib.

"Azərbaycandan veriləcək güzəştli kredit çərçivəsində Dövlət Neft Fondu dəmiryolunun Gürcüstan hissəsinin inşası üçün 27,1 milyon manat ayırıb", - bir müddət əvvəl fondun rəhbəri Şahmar Mövsümov demişdi.

Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsinin maliyyələşməsi üçün Dövblət Nef Fondu cari ilin birinci yarısında 1,1 milyon manat ayırıb.

Azərbaycan Bakı-Tbilisi-Qars marşrutunun Gürcüstan hissəsinin bərpasına Neft Fondundan 200 milyon dollar ayırmağı planlaşdırır. "Marabda-Qars dəmiryolu" MMC-nin cari təminatı üçün əmək haqqlarını və dəftərxana xərclərini ödəmək məqsədilə nəzərdə tutulmuş 280 min dollardan çox vəsait verilib.

20,7 milyon manatlıq ilk tranş 2007-ci ildə ayrılıb. 2008-ci ildə fond Gürcüstan ərazisində Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsinin maliyyələşməsinə 5,3 milyon manat yönəldib.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km-lik qolunun tikintisi planlaşdırılır. Bunun 76 km-i Turkiyə, 29 km-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 mln. ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km-lik Axalkalaki- Marabda- Tbilisi dəmiryolunun 183 km-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol xətlərinin Avropa standartlarına uyğunlaşdırılması üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti