...

Azərbaycan və Almaniya səhiyyə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2009 11:42 (UTC +04:00)
Azərbaycan və Almaniya səhiyyə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Almaniyanın Azərbaycandakı səfiri Per Stankina səhiyyə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə cümə günü nazirlikdən bildirilib.

Görüş zamanı nazir ölkənin Almaniya ilə əczaçılıq sahəsində, tibbi texnologiyalar və təhsil sahəsində nümunəvi münasibətlərini qeyd edib.

Almaniyanın Azərbaycandakı səfiri görülən islahatların vacibliyini qeyd edib və ölkədə səhiyyə sahəsində Almaniya şirkətlərinin iştirakı ilə həyata keçirilən proqram və layihələr haqqında məlumat verib.

Xəbər lenti

Xəbər lenti