Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir Ü.İsmayılova /
Avqustda Bakının təkrar mənzil bazarında bir kvadratmetrin qiyməti 1,2 faiz azalaraq 1,363 dollara çatıb. Bu barədə çərşənbə günü "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimli deyib.
"Avqustda mənzillərin orta qiyməti 1,7 faiz artaraq 99,703 min dollar olub", - İbrahimli deyib.
Onun sözlərinə görə, mənzil sahəsindən asılı olaraq müəyyən edilmiş orta qiymətlər 1,2 faiz azalıb, mənzilin orta qiyməti isə 0,7 faiz artıb.
Təkrar bazarda mənzillərin orta sahəsi 70,9 kvadratmetrə qədər azalıb. İyulda bu rəqəm 71,1 kvadratmetr olub.
Təkrar mənzil bazarında ən ucuz mənzillərin qiyməti 2,7 faiz artıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]