...

Akkord şirkəti Bakının böyük yol qovşağında asfalt örtüyün salınması üzrə işlər aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2009 12:35 (UTC +04:00)
Akkord şirkəti Bakının böyük yol qovşağında asfalt örtüyün salınması üzrə işlər aparır

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir E.İsmayılov /

15-20 gün ərzində Akkord Şirkətlər Qrupu Heydər Əliyev, Babək və Xətai prospektlərinin kəsişdyi ərazidə yerləşən yol qovşağından keçən Yusiv Səfərov küçəsində üçüncü qat asfaltsalma işlərini sona çatdıracaq. Akkord Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva cümə axşamı məlumat verib.

"Bu yol qovşağı qışda istismara verildiyinə görə üçüncü qat asfalt örtüyünün salınması daha isti vaxta keçirilmişdi. Bu örtüyün birinci iki qatının daha yaxşı döyəclənməsinə imkan yaradıb. Bu da yolun daha keyfiyyətli olmasına zəmanət verir", - Quliyeva deyib.

Şirkətdən verilən məlumata görə, Yusif Səfərov küçəsində asfaltsalma işləri çərçivəsində, yolun daha da keyfiyyətli olması üçün asfalt örtüyü səviyyəsində olan kanalizasiya boruları təmizlənir.

Ölkənin ən iri üç prospektinin kəsişmə nöqtəsində yerləşən avtomobil qovşağını "İMİDİS" Rusiya İnstitututu sınaqdan keçirib. Sınaq zamanı körpünün yükqaldırma qabiliyyəti, möhkəmliyi, hərəkətin əlverişliliyi yoxlanılıb. Yeni yol qovşağına mütəxəssislər yaxşı qiymət veriblər.

Yol qovşağının inşası 2006-cı ilin avqust ayında başlayıb. Qovşağın uzununa ölçülən ümumi sahəsi 2000 metrdir. O, dörd nəqliyyat körpüsündən və iki tuneldən ibarətdir. Layihə çərçivəsində həmçinin oradan keçən dəmiryol körpüsünün yenidənqurma işləri də aparılıb.

Bu layihənin həyata keçirilməsi zamanı ilk dəfə olaraq yol qatının qızdırılması işləri aparılıb. Temperatur 0 S° - dən -4 C° -yə düşəndə sistem avtomatik olaraq işə düşür, temperaturun 0 S° -yə qalxması ilə sistem dayanır.

Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti