...

Bakı metropoliteni yeni vaqonlar alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2009 11:47 (UTC +04:00)
Bakı metropoliteni yeni vaqonlar alacaq

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir E.İsmayılov /

Gələn həftə Bakı metropoliteni Rusiyanın "Metrovaqonmaş" ASC şirkətinin istehsalı olan beş yeni vaqon alacaq. Bu barədə cümə axşamı Bakı metropolitenindəki mənbədən məlumat verilib.

"Vaqonlar artıq göndərilib, Bakıya şənbə və ya bazar günləri çatacaq, gələn həftə isə biz artıq onları almalıyıq", - mənbədən deyilib.

Bu yaxınlarda metropoliten "Metrovaqonmaş"dan 10 yeni vaqon alıb. Mənbədən deyildiyi kimi, sentyabrın 15-də yeni vaqonlardan ibarət iki heyət işə salınacaq.

Ümumilikdə, bu il Bakı metropoliteni "Metrovaqonmaş" ASC istehsalı olan 15 vaqon gətirməyi planlaşdırır.

Azərbaycana metro vaqonları sonuncu dəfə 2008-ci ildə tədarük olunub. O zaman Bakı metropoliteni 35 vaqon alıb. 2007-ci ildə Bakı metropoliteni 25 vaqon gətirib.

"Metrovaqonmaş" zavodu artıq 30 ildən çoxdur ki, Bakı metropolitenini hər növ dəmiryol nəqliyyatı vasitələri ilə təchiz edir. Moskvaətrafı müəssisələrdə istehsal olunan vaqonlar onun parkının təxminən 80 faizini təşkil edir. Bakı metropoliteni 1967-ci ildən etibarən fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti