Belarus, Minsk, 11 sentyabr / Trend /
Bakıda Minsk vilayəti müəssisələrinin məhsulları üçün Ticarət Evinin yaradılması planlaşdırılır. Bu barədə Milli Məclisin İqisadi siyasət daimi komissiyasının sədri, Belarus və Azərbaycan hökumətlərarası əməkdaşlıq qrupunun üzvü Ziyad Səmədzadə Minsk vilayətinin icraiyyə komtiəsində görüş zamanı deyib. Məlumatı BELTA yayıb.
Səmədzadənin sözlərinə görə, Ticarət Evinin açılışı Minsk vilayəti və Azərbaycan arasında mal dövriyyəsinin artmasına imkan verəcək.
"Sizdə Azərbaycana da gətirilə bilən bir çox məhsulllar istehsal edilir. Biz xüsusilə ət və süd məhsullarının gətirilməsində maraqlıyıq. Turizm və kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivli istiqamətlərdir. Biz birgə istehsal və turistik komplekslər yarada bilərik", - azərbaycanlı qonaq deyib.
Minsk vilayətinin icraiyyə komitəsinin sədri Leonid Krupes öz növbəsində gələcək qarşılıqlı səmərəli əməkdaşlığın inkişafının zəruri olduğunu qeyd edib. O, Minsk vilayətinin alman-faşist işğalçılarından azad edilməsinin 65-ci ildönümündə iştirak etdiyi üçün Azərbaycan tərəfinə öz təşəkkürünü bildirib.
"Bizim sizin ölkənizlə əlaqələrimiz yaxşılaşıb. Bu daha çox Nesvijski və İsmayıllı rayonları arasındakı əlaqələrdə özünü biruzə verir. Ümid edirəm ki, biz maraqların yeni kəsişmə nöqtəsini tapacağıq",- Krupes deyib.
Minsk vilayətinin mal dövriyyəsi cari ilin yanvar-iyul aylarında 9,3 milyon dollar, ixrac 9,1 milyon dollar təşkil edib. Dərman məhsullarının (1,7 milyon dollarədək ikiqat), süd və quru qaymağın (0,5 milyon dollarədək beşqat), yemək və mətbəx qablarının (4,5 faiz) tədarükü əhəmiyyətli dərəcədə artıb. Əmtəə nomenklaturasında yeni mal növü də meydana çıxıb - konservləşdirilmiş tərəvəzlər. Minsk vilayətinə tərəvəz, meyvə və qoz idxal edilir.
Azərbaycanın nümayəndə heyəti Minsk vilayətində sentyabrın 13-dək qalacaq. Cümə axşamı azərbaycanlı iş adamları "Svitanok" (Jodino) ASC-də, "Borisovski ət kombinatı" ASC-də, "Borisovski süd kombinatı" ASC-də olublar. Bu gün Belarus Sənaye-Ticarət Palatasının Minsk şöbəsində belaruslu iş adamları ilə görüşlər planlaşdırılır, həmçinin onlar "Biqz" supermarketi və "Yevroopt" diskaunterinə baş çəkəcəklər. Azərbaycanlı qonaqlar sentyabrın 12-də Lübanidə keçiriləcək "Dajınki" festivalına da dəvət alıblar.