...

Biznesdə puldan qiymətli nədir?

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2009 14:43 (UTC +04:00)

Məsəli xatırlayın: vaxt puldur! Sən demə bütün dünya üzrə bir çox insanlar üçün dəyər sistemi çoxdan dəyişib: vaxt puldan daha qiymətlidir, əksinə deyil! Məsələn, bu barədə brendinqin ən yaxşı analitik və praktiklərindən biri Mark Qobe yazır.

Bu tendensiyaya siz necə yanaşırsınız? Bu hadisəni müşahidə etmisinizmi? Ona necə baxırsınız? Sizin fikrinizcə, bu prinsip biznesdə nəyisə dəyişirmi?

Qleb Arxangelski - vaxtın idarə olunması üzrə məsləhətçi

"Vaxt puldan qiymətlidir" tendensiyasını yalnız hiss etmirəm, həm də onun formalaşmasında fəal iştirak edirəm, bu prinsipi yayıram və insanları onun realizəsi alətləri ilə təchiz edirəm. Prinsip aydındır, itirilmiş pulu qaytarmaq olar, itirilmiş vaxtı heç vaxt qaytarmaq mümkün deyil. Üstəlik, "pullu" milyonçular çoxdur, vaxt sahəsində milyonçu yoxdur - sizin hər birinizin 150-200 min saat işlək vaxtınız var.

Bu prinsip biznesdə nəyi dəyişir? İlk növbədə - qərar qəbul etmə üçün əhəmiyyətli meyarları. Qazanc, dövriyyə və s. göstəricilər ikinci plana keçirilir. Birinci plana biznesin sahibi olan MƏQSƏDLƏRə nail olmanın tamlığı və vaxtlı vaxtında olması daxil edilir. Bununla belə, bu məqsədləri heç də həmişə maliyyə və ümumiyyətlə "maddi" göstəricilərə aparmaq mümkün deyil. Baxmayaraq ki, sözsüz, maliyyə göstəriciləri bu məqsədlərin mühüm ALT MƏSƏLƏLƏRİndən biri kimi qalır.

Nümunə: İT-mütəxəssis inadla əməkdaşların təlim prosesində iştirak etmək istəmir. Biznes sahibi (bazarında liderlər üçlüyünə daxil olan istehsal şirkəti) deyir: "Qleb Alekseyeviç, inandırıcı dəlillər təlqin edin ki, onda öz səlahiyyətlərini genişləndirməyə həvəs oyansın və əməkdaşların təhsili ilə məşğul olsun. - Ola bilər ki, bu əməkdaşı inandırmaqdansa, xüsusi adam tutmaq ucuz başa gələr? - Yəqin ki, həqiqətən də ucuz olar. Lakin mənim üçün bu prinsipial deyil. İstəyirəm ki, işlədiyim insanlar İNKİŞAF ETSİNLƏR və BÖYÜSÜNLƏR. Bu mənim üçün bu mçəsələnin maliyyə aspektlərindən daha üstündür".

02 oktyabr 2009-cu ildə Allianz Group konsaltinq şirkətinin dəvəti ilə Bakıda ilk dəfə Qleb Arxangelskinin "Birinci şəxslər üçün VİP-seminar" misli görünməmiş müəllif treyninqi keçiriləcək. Seminarın proqramına daxildir:

Birinci şəxslərin şəxsi effektivliyi: vaxt ehtiyatının aşkar edilməsi, deleqat tapşırıqların nəzarət altında olmasının gücləndirilməsi, diktafon və cib kompüterindən effektli istifadə, katib üçün tapşırıqlara nəzarət reqlamenti və s.

Tabe edilmişlərin işində taym-menecmentliyin tətbiqi: korporativ mədəniyyətin inkişafında "TM-batsilla", komanda və korporativ TM-standartlar; personalın TM-vərdişlərin atestasiyası və s.

Yaşamaq və işləməyə macal tapmaq barədə vaxtın idarə edilməsi sahəsində quru - Qleb Arxangelski özü məlumat verəcək.

Ətraflı məlumatı 465 00 36/37 telefonu, [email protected], www.allianzgroup.az e-maili ilə əldə etmək olar.

Bizə - [email protected] - yazın, adınızı, soyadınızı, atanızın adını, əlaqə ünvanlarınızı göstərin və şöbənizdə (şirkətdə) TM-mədəniyyətinin yaradılması üçün istifadə edə biləcəyiniz pulsuz "vaxta hörmət qaydalarını" əldə edin.

Xəbər lenti

Xəbər lenti