...

Azərbaycanda səkkiz ay ərzində 1,9 milyon manat həcmində tikinti işləri həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Yanvar-avqust aylarında Azərbaycanda tikinti işləri 1,886 milyard manat həcmində həyata keçirilib. Bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ümumi həcmdən 1271,1 milyon manat (67,4 faiz) ilkin işlərin, yenidənqurma və genişləndirmə işlərinin, 384,8 milyon manat (20,4 faiz) kapital təmir, 94,3 milyon manat (beş faiz) cari təmir, 135,8 milyon manat isə (7,2 faiz) digər tikinti işlərinin payına düşüb.

Bu dövr ərzində 135,4 milyon manat həcmində tikinti işləri özəl tikinti şirkətləri, 533,6 milyon manat həcmində tikinti işləri isə dövlət tikinti şirkətləri tərəfindən həyata keçirilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, tikinti sektoru işçilərinin orta aylıq əməkhaqqı yanvar-iyul aylarında 447,6 manat, böyük və orta tikinti şirkətlərində isə orta aylıq əməkhaqqı 499,2 manat təşkil edib.

İlin birinci yarısında böyük və orta tikinti şirkətləri tikinti işlərinə 1066,5 milyon manat sərf edib ki, bunun da 58,6 faizi material xərclərinin, 10,5 faizi işçilərin əmək haqqılarının ödənilməsinə, 1,6 faiz əsas fondların amortizasiyası, 2,2 faiz sosial işlər üzrə vəsaitin ayrılması, 27,1 faiz isə digər xərclərin payına düşüb.

Sentyabrın 15-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti