...

BVF-nin Azərbaycandakı nümayəndəliyi ofisə çevrilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2009 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir N.İsmayılova /

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan nümayəndəliyinin rəhbəri Koba Qvenetadze sabah ölkədəki fəaliyyətini başa vuracaq. Nümayəndəliyin səkkiz nəfərdən ibarət ştatı iki nəfərədək azalacaq. Bu barədə Qvenetadze bildirib.

"BVF-nin Azərbaycandakı daimi nümayəndəliyi ofisə çeviriləcək, belə ki, kredit xəttinin olmadığı ölkələrdə fond daimi nümayəndəliklərin saxlanılmasına ehtiyac duymur", - Qvenetadze bildirib.

Onun sözlərinə görə, BVF-nin bu cür mövqeyi MDB-nin Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi ölkələrində istifadə olunur. Gürcüstanda da əvvəlcə ofis fəaliyyət göstərirdi, ölkədə hərbi əməliyyatların başlamısından sonra ofis daimi nümayəndəliyə çevrilib.

"BVF-nin Azərbaycandakı ofisində iqtisadçı və menecer fəaliyyət göstərəcək", - Qvenetadze bildirib.

Onun sözlərinə görə, BVF bundan sonra da ölkədəki iqtisadi vəziyyətlə fəal şəkildə maraqlanacaq.

Fondun sözü gedən qərarı barədə Mərkəzi Asiya və Yaxın Şərq üzrə departamentin başçısı Devid Ouenin yayda Bakıya səfəri zamanı bildirilmişdi. Ouen səfəri zamanı ölkənin Baş naziri, maliyyə naziri, Məkkəzi Bankın rəhbəri ilə görüşlər keçirmişdi.

BVF-nin Azərbaycandakı hazırkı rəhbəri Koba Qvenetadze 2009-cu il yanvarın 14-dən ölkədə öz səlahiyyətlərini icra etməyə başlayıb.

BVF-nin Azərbaycandakı daimi nümayəndəliyi 1993-cü ildən fəaliyyət göstərir, lakin hökumət ilə əməkdaşlıq 1992-ci ildən başlayıb. Ölkəyə kreditlərin verilməsinə beynəlxalq təşkilat 1995-ci ildən başlayıb. İndiyə kimi BVF Azərbaycan Respublikasına altı proqram çərçivəsində kredit ayırıb, lakin 2005-ci ildən başlayaraq BVF ilə əməkdaşlıq məsləhətləşmələr səviyyəsində həyata keçirilir, belə ki, Azərbaycan hökuməti fonddan kredit alınmasından imtina edib.

Hazırda qlobal maliyyə böhranına baxmayaraq, ölkə tərəfindən fonddan vəsait alınmasının bərpa edilməsi şərtləri yoxdur.

Mərkəzi Bankda Valyuta Fondu tərəfindən gələcəkdə də texniki yardım proqramının davam etdirilməsi imkanları istisna edilmir. Lakin son zamanlar onların həcmi də azalıb. Texniki əməkdaşlığın davam etdirilməsi ilə əlaqədar fond "BVF-nin yaradılması haqqında" müqavilənin IV bəndi üzrə qısamüddətli və uzunmüddətli perspektivlərin illik qiymətləndirilməsini keçirmək niyyətindədir.

Azərbaycan fonddan əvvəlcədən əldə etdiyi kreditlərin ödənilməsini 2013-cü ilə qədər davam etdirəcək. 2009-cu ildə BVF-ə ödəmələr borc əsasında 10,05 milyon SDR (xüsusi borc hüququ) daxil olmaqla 10,29 milyon təşkil edəcək və faiz üzrə 0,24 milyon SDR təşkil edəcək. 2010-cu ildə ödəmələr 9,83 milyon SDR (eyni zamanda, 9,66 milyon SDR və ya 0,18 milyon), 2011-ci ildə 11,06 milyon SDR (10,94 milyon SDR və 0,12 milyon SDR), 2012-ci ildə 8,6 milyon SDR (8,53 milyon SDR və 0,07 milyon SDR), 2013-cü ildə 6,47 milyon SDR (6,44 milyon SDR və 0,03 milyon SDR) təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti