...

Azərbaycanda dəmiryolu nəqliyyatı ilə gediş haqları artırıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2009 13:29 (UTC +04:00)
"Azərbaycan dəmir yolları" QSC-nin rəhbəri Arif Əsgərov çərşənbə axşamı deyib ki, adıçəkilən qurum sərnişin daşınmasında qiymətin artırılması üçün Tarif Şurasına təklif təqdim edib.
Azərbaycanda dəmiryolu nəqliyyatı ilə gediş haqları artırıla bilər

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir E.İsmayılov/

"Azərbaycan dəmir yolları" QSC-nin rəhbəri Arif Əsgərov çərşənbə axşamı deyib ki, adıçəkilən qurum sərnişin daşınmasında qiymətin artırılması üçün Tarif Şurasına təklif təqdim edib.

O deyib ki, təklif məktubu artıq Tarif Şurasına təqdim olunub.

Onun sözlərinə görə, gediş haqqı biletinin orta qiyməti 3.5 manat (4.3 dollar) təşkil edir.

"Əgər bu qiymətləri sərnişin daşıyan digər nəqliyyat vasitələrinin qiymətlərilə müqayisə etsək görərik ki, bu rəqəmlər bi neçə dəfə aşağıdır", - Əsgərov deyib.

Onun sözlərinə görə, biletlərin qiymətlərinin aşağı olması sərnişin daşımaları təsərrüfatında problemlər yaradır. "Qatarların qorunmasını və sərnişinlərin təhlükəsizliyini daima təmin etmək lazımdır", - o deyib.

Yanvar-sentyabr ərzində "Azərbaycan dəmir yolları" tərəfindən 15 milyon tondan çox yük və 4 milyon nəfərdən çox sərnişin daşınıb.

Xəbər lenti

Xəbər lenti