...

Bakıda MDB ölkələrinin Beynəlxalq Bank Konfransı öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2009 11:45 (UTC +04:00)
Bakıda “MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi" mövzusunda II Beynəlxalq Bank Konfransı işə başlayıb. Konfrans Bakıda öz işini oktyabrın 16-na kimi davam etdirəcək.
Bakıda MDB ölkələrinin Beynəlxalq Bank Konfransı öz işinə başlayıb

Azərbaycan, Bakı, 14 oktyabr / Trend /

Bakıda "MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi" mövzusunda II Beynəlxalq Bank Konfransı işə başlayıb. Konfrans Bakıda öz işini oktyabrın 16-na kimi davam etdirəcək.

Konfransın işində MDB dövlətlərinin siyasi və biznes-elitasının nümayəndələri iştirak edəcək. Konfransın gündəliyində qeyri-stabil qlobal maliyyə böhranı şəraitində MDB-nin bank sistemlərinin davamlılığı, Birlik ölkələrinin inteqrasiya olunmuş regional bank bazarının formalaşdırılması əsasında maliyyə infrastrukturunun inkişafı, MDB-də hesab-ödəmə sistemi sahəsində vahid ödəmə məkanının formalaşdırılması perspektivləri məsələsi durur.

Konfrans MDB İcraiyyə Komitəsi, Azərbaycanın Prezidenti Administrasiyası, Azərbaycan Beynəlxalq Bankı və XTB Bankının dəstəyi ilə MDB Maliyyə-Bank Şurası tərəfindən həyata keçirilir.

Şura Müstəqil Dövlətlər Birliyinin aparıcı maliyyə və kommersiya institutlarının təşəbbüsü ilə yaradılıb. Maliyyə-Bank Şurasının yaradılması fikrinin əsasında milli maliyyə bazarlarının iştirakçılarının daha öncə ümumi iqtisadi SSRİ məkanına daxil olan MDB ölkələri ərazisində səmərəli fəaliyyəti üçün əlverişli şəraitin formalaşdırılmasına ehtiyac durur.

MBŞ bank, birja və digər maliyyə qurumlarının inkişafı üzrə birgə səylərin fəallaşdırılmasına yardım edir, MDB ölkələrinin ticari-iqtisadi münsibətlərinin inkişafına şərait yaradır, perspektiv transmilli layihələrin axtarışında və səmərəli maliyyə məhsullarının yaradılmasında vacib rol oynayır.

MDB Maliyyə-Bank Şurasının prezidenti Andrey Kostin, vitse-prezident Cahangir Hacıyev, Koordinasiya Şurasının sədri Anatoli Kazakov, tərəfdaşlığın baş direktoru Pavel Nefidovdur.

TREND İnformasiya Agentliyi Beynəlxalq Bank Konfransına informasiya dəstəyi göstərir.

Xəbər lenti

Xəbər lenti