...

Azərbaycanın Səhiyyə Nazirliyi sərnişin nəqliyyatlarını dezinfeksiya edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2009 19:10 (UTC +04:00)
Sabahdan etibarən Azərbaycanın Səhiyyə Nazirliyi "donuz qripi"nə (A/H1N1) qarşı profilaktik tədbirlər məqsədilə avtobus qarajlarının dezinfeksiya edilməsi üzrə işlərə başlayacaq.
Azərbaycanın Səhiyyə Nazirliyi sərnişin nəqliyyatlarını dezinfeksiya edəcək

Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir E.İsmayılov/

Sabahdan etibarən Azərbaycanın Səhiyyə Nazirliyi "donuz qripi"nə (A/H1N1) qarşı profilaktik tədbirlər məqsədilə avtobus qarajlarının dezinfeksiya edilməsi üzrə işlərə başlayacaq. Bu barədə cümə axşamı Azərbaycan Nəqliyyat Nazirliyinin şəhər nəqliyyat departamentindən məlumat verilib.

"Sabahdan qarajların dezinfeksiya edilməsinə, ertəsi gündən isə təcili olaraq avtobuslarda dezinfeksiya işlərinə başlanılacaq", - departamentdən deyilib. Dezinfeksiya işlərini Azərbaycan Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya şöbəsi aparacaq.

"Dezinfeksiya işləri avtobusların iş rejiminə təsir etməyəcək", - departamentdən deyilib.

Bu gün Azərbaycanda "donuz qripi"nə 14 yoluxma faktı aşkar edilib. Hazırda 12 xəstə tamamilə sağalıb və onlardan sağalmaq üzrə olan üç nəfəri Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə kursunu davam etdirirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti