...

Azərbaycanda "donuz qripi"nə yoluxan şəxs evə bu gün buraxılmayacaq - xəstəxananın baş həkimi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2009 13:18 (UTC +04:00)
A/H1N1 virusuna yoluxan və hazırda Elmi-tədqiqat ağciyər xəstəlikləri institutunda müalicə kursu keçən şəxs əvvəlcədən planlaşdırpıldığı kimi, bu gün evə buraxılmayacaq, bu barədə çərşənbə günü xəstəxananın baş həkimi Xəyyam Məmmədov bildirib.
Azərbaycanda "donuz qripi"nə yoluxan şəxs evə bu gün buraxılmayacaq - xəstəxananın baş həkimi

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir Ü.İsmayılova /

A/H1N1 virusuna yoluxan və hazırda Elmi-tədqiqat ağciyər xəstəlikləri institutunda müalicə kursu keçən şəxs əvvəlcədən planlaşdırpıldığı kimi, bu gün evə buraxılmayacaq, bu barədə çərşənbə günü xəstəxananın baş həkimi Xəyyam Məmmədov bildirib.

"Bu onunla əlaqədar ki, virusdan tamamilə sağalan xəstə ikitərəfli sətəlcəm və digər ağırlaşma hallarından müalicə kursu almağı davam etdirir", - xəstəxananın baş həkimi bildirib.

Onun sözlərinə əsasən, şənbə günü xəstə daha bir tam müayinədən keçəcək və nəticələr qənaətbəxş olarsa, o, evə buraxılacaq.

Azərbaycanda indiyədək bu qripə 14 yoluxma faktı aşkar edilib. Onlardan 13-ü tam sağalıb. Birinci yoluxma faktı yayda aşkarlanıb.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti