...

Azərbaycan Mərkəzi Bankı ölkədə alüminium sənayesinin inkişafına dəstək üçün kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2009 14:22 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) öz tarixində ikinci dəfə birbaşa kredit təqdim edib. Kredit "Azeraluminium" ASC-Strateji müəssisəsinə verilib. Bu barədə cümə axşamı AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.
Azərbaycan Mərkəzi Bankı ölkədə alüminium sənayesinin inkişafına dəstək üçün kredit ayırıb

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir İ.İsmaylova/

Azərbaycan Mərkəzi Bankı (AMB) öz tarixində ikinci dəfə birbaşa kredit təqdim edib. Kredit "Azeraluminium" ASC-Strateji müəssisəsinə verilib. Bu barədə cümə axşamı AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib. 750 milyon manat həcmində birinci birbaşa kredit yeddi il müddətinə, illik iki faiz olmaqla ARDNŞ-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) təqdim edilib.

"Alüminium zavoduna 202 milyon manat ayrılır və onun 141 milyon manat həcmində birinci hissəsi artıq təqdim olunub", - Quliyev deyib.

Onun sözlərinə görə, kredit dövlət zəmanəti ilə, 10 il müddətinə, illik 3 faiz olmaqla verilir. Vəsaitlər müəssisənin Bank və xarici tərəfdaşlar qarşısında öhdəliklərini yerinə yetirməsi, ikinci mərhələdə isə alüminium sənayesinin inkişaf etdiriliməsi üzrə yönəldiləcək.

"Bu gün buna bənzər üçüncü maliyyə ayrılması hələ ki, nəzərdən keçirilmir, lakin analoji starateji əhəmiyyətli layihələrin kreditləşdirilməsinin gələcəkdə də davam etdirilməsi istisna deyil", - Quliyev deyib.

Dekabrın 17-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti