...

Özbəkistanda 2009-cu ildə pambıq lifi istehsalı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2010 14:26 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 5 fevral / Trend , müxbir D.Əzizov/

Respublikanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Özbəkistanda pambıq lifi istehsalı 2008-ci ildəki göstəriciyə nisbətdə 2009-cu ildə 10,1 faiz azalaraq 1,055 milyon tona çatıb.

Respublikanın toxuculuq sahəsindəki müəssisələrində pambıq ipliklərin istehsalı 0,7 faiz artaraq 145,54 min tona çatıb. İplik pambıq parça istehsalı 17,5 faiz azalaraq 83,143 milyon kvadrat metrə çatıb.

Özbəkistanda pambıq lifi istehsalı 2007-ci illə müqayisədə 2008-ci ildə 4,4 faiz artaraq 1,174 milyon tona çatıb.

Özbəkistan dünyada pambıq lifi istehsalına görə altıncı yeri, ixracına görə üçüncü yeri tutur. Hər il 3,5 milyon ton xam pambıq, 1-1,2 milyon ton pambıq lifi istehsal olunur. İstehsal edilmiş pambıq lifinin 75 faizi ixrac olunur.

Xəbər lenti

Xəbər lenti