Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir N.İsmayılova/
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev bildirib ki, 2009-cu il ərzində şəhər üzrə ümumi məhsul buraxılışının (ÜMB) həcmi 392 milyоn manat təşkil edib. Bu barədə şəhər icra hakimiyyətinin məlumatında deyilir.
ÜMB-nin tərkibində qeyri-dövlət sektоrunun payı 77 faizə çatıb. Sоn 6 il ərzində ümumilikdə şəhər üzrə məhsul buraxılışı və sənaye xarakterli xidmətlərin həcmi 2,440 milyard manat təşkil edib.
Bundan əlavə, ötən il ərzində şəhərin sənaye müəssisələrində məhsul buraxılışının həcmi 155 milyоn manat təşkil edib.