...

Azərbaycan bankı Unibank 8 Marta həsr edilmiş bayram kampaniyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2010 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend /

Azərbaycan bankı Unibank 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş bayram kampaniyasına başlayır. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir. Mart ayının 1-dən 15-dək bankın xidmət şəbəkəsi "bəşəriyyətin gözəl yarısına" göstərdiyi bütün xidmətlər üzrə bütün güzəştlər dəstəsindən istifadə etməyi təklif edir.

Belə ki, avtokreditləşdirmə üzrə qadın proqramının əsas fərqli cəhəti faiz dərəcələrinin illik 20%-ə qədər azaldılması və kreditləşdirmə dövrünün 3 ildən 5 ilə qədər artırılması olub. Bu kampaniya çərçivəsində xüsusi olaraq qadınlar üçün kreditlə alınan avtomobil üzrə ilkin ödəniş onun dəyərini 20%-ə qədər endirir. Müstəsna olaraq qadın auditoriyası üçün nəzərdə tutulan güzəşt şərtlərinin sırasına avtomobilin kreditlə alınması zamanı bank komissiya haqlarının olmamasını da aid etmək olar.

Depozit proqramları çərçivəsində hər bir yeni müştəri qadına "Unibank", əmanətlərin bütün sırası üzrə, artıq qüvvədə olan dərəcələrə əlavə olaraq, illik 1% təklif edir. Bu zaman güzəştli kredit dərəcələri ilə kredit xəttinin açılması da nəzərdə tutulur.

Plastik kartlarla kreditlər cəlb edən qadınlar üçün isə bank illik 24%-ə bərabər olan eksklüziv faiz dərəcəsi tətbiq edəcək. Bundan əlavə, aksiyanın qüvvədə olduğu dövrdə, avtomobil sahiblərinin sıralarına daxil olmaq istəyən və "Unibank"-ın kredit kartlarını almış bütün xanımlara, "MBASK" şirkətinın bədbəxt hadisələrdən sığorta polisləri hədiyyə olunacaq.

Güzəştlər dəstəsinə həmçinin prestijli "Viza Gold" və "Mastercard Gold", habelə "Viza Platinum" və "Mastercard Platinum" plastik kartları daxildilər. Onları pulzus əldə edən müştərilər özlərini dünyanın ən yaxşı pərakəndə ticarət şəbəkələrində daha rahat hiss edirlər, habelə ən məşhur və bahalı otellərdə, restoranlarda, avtosalonlarda, klublarda və s. güzəştlər alırlar. Bundan əlavə, "Unibank"ın xidmət şəbəkəsində pul köçürmələrini rəsmiləşdirən gözəl cinsin bütün nümayəndələrinə, sığorta depoziti açılması olmadan, "Viza Classic" və ya "Mastercard Standard" plastik kartları hədiyyə ediləcək.

Bayram kampaniyasının şərtləri üzrə təfsilatlı məlumat üçün müştərilər bankın onlara ən yaxın yerləşdiyi filialına və ya şöbəsinə müraciət, eləcə də (012) 117 nömrəli telefona zəng vura bilərlər.

Xəbər lenti

Xəbər lenti