Azərbaycan, Bakı, 10 mart / Trend /
Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC avtomobil yolları şəbəkəsinin inkişafı proqramı çərçivəsində hərtərəfli mühəndislik, podrat işləri, iritonnajlı avtomobillərin çəkisinin ölçülməsi üçün tərəzilərin təchizatı, onların quraşdırılması, SC əməkdaşlarından ötrü treninqlərin keçirilməsi üçün tender elan edib.
Nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün Asiya İnkişaf Bankı tərəfindən təqdim edilən və avtomobil yolları şəbəkəsinin inkişafı üçün nəzərdə tutulan kredit vəsaitinin bir hissəsi sərf ediləcək.
Tender təklifləri bu il 15 aprel saat 17:00-a kimi təqdim olunmalıdır. Tender təkliflərinin olduğu zərf həmin gün açılacaq.