...

Azərbaycanın ÜDM-i il ərzində 5,6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2010 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir N.İsmayılova/

2010-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ÜDM-i ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 5,6 faiz artıb. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən məlumat verilib. Cari qiymətlərdə ÜDM göstəricisi 6,1 milyard manat təşkil edib. Əhalinin adambaşına düşən ÜDM-nin həcmi 689,6 manat (858,5 dollar) təşkil edib.

Əlavə dəyərin 6,9 faizi məhsullardan xalis vergi və idxalın hesabına yaranıb.

İqtisadiyyatın bütün sahələrində məhsul istehsalının ümumi həcmi 6,1 faiz artaraq ÜDM-in 67,4 faizini təşkil edib. ÜDM-də 60,3 faizlik (3,7 milyard manat) əsas hissə sənayenin payına düşür. Xidmət sahəsində əlavə dəyər istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 5,2 faiz artaraq ÜDM-in 9,6 faizini təşkil edib.

Yanvar-fevral ayları ərzində kənd təsərrüfatı, ovçuluq sektoru və meşəçilikdə 94,1 milyon manatlıq əlavə dəyər istehsal olunub ki, bu da ümumi ÜDM-in 1,6 faizini təşkil edir. Tikinti sektorunda 336,2 milyon manat (5,5 faiz), nəqliyyat sektorunda 379,7 milyon manat (6,2 faiz), rabitə və poçt xidmətləri sektorunda 104,8 milyon manat (1,7 faiz), topdan və pərakəndə ticarət, avtomobil sahəsində, məişət məhsulları və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmət sahələrində 437,1 milyon manat (7,1 faiz), iaşə müəssisəsi və mənzilin təşkilində 67,7 milyon manat (1,1 faiz), sosial və digər xidmətlərin göstərilməsində 588,1 milyon manat (9,6 faiz) əlavə dəyər istehsal olunub.

Martın 17-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti