...

İki ay ərzində Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyalar 84 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2010 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir İ.Xəlilova/

Böyük Britaniya 2010-cu ilin yanvar-fevral aylarında Azərbaycanda investisiyaların həcminə görə lider mövqeyini qoruyub saxlayıb. Xarici investisiyaların ümumi həcmində Britaniyanın payı 52,6 faiz təşkil edib. Bu barədə çərşəndə günü Dövlət Statistika Komitəsindən deyilib. Britaniya investisiyaları 163,4 milyon manat təşkil edib.

İki ay ərzində xarici ölkələrin və beynəlxalq investisiya təşkilatlarının Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyanın 88,6 faizi (275,5 milyon manat) Böyük Britanıya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Koreyadan olan investorların payına düşüb. Hesabat dövrü ərzində Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcmi 310,89 milyon manat (o cümlədən fevralda 92,4 milyon manat) təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 84,1 faiz artıb.

ABŞ investisiyası 49,39 milyon manat (ümumi çəkinin 15,9 faizi), Yaponiya 25,8 milyon manat (8,3 faiz), Norveç 16,03 milyon manat (5,1 faiz), Türkiyə 12,7 milyon manat (4,1 faiz), Koreya 8,17 milyon manat (2,6 faiz), Rusiya 1,94 milyon manat (0,6 faiz), Səudiyyə Ərəbistanı 1,92 milyon manat (0,6 faiz), Fransa 313,4 min manat , Avstriya 260,1 min manat (0,1 faiz), İtaliya 80,3 min manat, İsveçrə investisiyası 2,1 min manat təşkil edib.

Beynəlxalq Maliyyə İnstitutlarından ən böyük həcmli investisiyanı Dünya Bankı yatırıb - 27,75 milyon manat (ümumi çəkinin 9 faizi). Azərbaycanda layihələrin reallaşdırılmasına Asiya İnkişaf Bankı 2,007 milyon manat (0,7 faiz), İslam İnkişaf Bankı 675 min manat (0,2 faiz) yönəldib.

Martın 17-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti