Azərbaycan, Bakı, 19 mart / Trend /
"Bank of Baku" ASC Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir və əhalinin rahatlığı üçün bayram ilə əlaqədar elan olunan qeyri-iş günlərində əhaliyə xidmət göstərməkdə davam edir. Bu barədə bankın cümə günü yayılmış məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, 23-27 mart tarixlərində bankın Xaqani, 2/Mərdanov qardaşları, 8 ünvanında yerləşən "Xaqani" elektron şöbəsi çərşənbə axşamı-cümə günləri səhər saat 09:00-dan axşam saat 21:00-dək, şənbə günü isə səhər saat 10:00-dan axşam saat 18:00-dək müştərilərin xidmətində olacaq. Müştərilərin rahatlığı və vaxtına qənaət etmək məqsədilə "Bank of Baku"nun "Xaqani" şöbəsində Cash-in ödəniş köşkləri vasitəsilə hər hansı bir ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Hazırda həmin şöbədə fəaliyyət göstərən Cash-in ödəniş köşkləri əhaliyə istehlak kreditləri və AvirTel internet xidmətinin ödənilməsi, həmçinin cari hesabların artırılması sahəsində xidmət göstərir.
Bununla yanaşı, bayram günlərində avtokreditlərin rəsmiləşdirilməsini həyata keçirmək üçün "Bank of Baku"nun Z.Bünyadov prospekti, 118 ünvanında yerləşən "Otoplaza" filialı 23-26 mart tarixlərində tam və 27 mart tarixində yarım iş günü fəaliyyət göstərəcək.
"Adi günlərlə yanaşı, bayram ərzində də əhalinin xidmətində olan "Bank of Baku" bir daha sübut edir ki, həyatın hər anında daim öz müştərilərini düşünür və "Sizə yaxın bankçılıq!" şüarına əməl edir", - məlumatda deyilir.
"Bank of Baku"nun fəaliyyəti və xidmətləri, o cümlədən xidmət keyfiyyətinin artırılmasının yeni növləri haqqında daha ətraflı məlumatı bankın www.bankofbaku.com veb-saytından və ya 145 məlumat mərkəzindən almaq olar.