...

"Unibank" ASC-nin filialları martın 25 və 27-də açıq olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2010 17:40 (UTC +04:00)

Azərbyacan, Bakı, 19 mart / Trend /

Novruz bayramı günlərin "Unibank" ASC-nin filialları xüsusi cədvəl üzrə çalışacaq və mart ayının 25 və 27-də müştərilərə xidmət göstərməyə hazır olacaqlar. Bu barədə cümə günü bankın yayılan məlumatında deyilir.

Həmin günlərdə bankın ölkə regionlarında - Gəncə, Mingəçevir, Lənkəran, Şəki və Qubada yerləşən bütün xidmət məntəqələri, Şəmkir filialı istisna edilməklə, saat 10:00-dan 14:30-dək işləyəcəklər. Bundan əlavə, cari ayın 25 və 27-də "Unibank"ın aşağıdakı paytaxt filialları da şənbə günü rejimində müştərilər üçün açıq olacaqlar:

• "Baş ofis" - Rəşid Behbudov küçəsi, 57;

• "Yasamal" filialı - Bəsti Bağırova küçəsi, 2;

• "Neftçilər" filialı - Qara Qarayev küçəsi, 66 (c);

• "Nərimanov" filialı - Təbriz küçəsi, 94;

• "Əhmədli" (10 saylı) filialı - M.Hadi küçəsi, 33;

• "STB-2" (15 saylı) filialı - D.Əliyeva küçəsi, 243;

• "Gənclik" şöbəsi - F.Xoyski küçəsi, 79.

Mart ayının 25 və 27-də müştərilər əmanət yatırımı həyata keçirə, kreditlər üzrə borclarını ödəyə, müxtəlif plastik kartların əldə olunması üçün sifariş verə, təcili pul köçürmələri həyata keçirə, kart hesablarına vəsait qoya, mobil rabitə operatorları xidmətlərini və kommunal xidmətləri ödəyə bilərlər.

Xəbər lenti

Xəbər lenti