...

Daşkənddə Özbəkistan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyanın iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2010 13:21 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 3 aprel /Trend, müxbir D.Əzizov/

Daşkənddə bazar ertəsi Özbəkistan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə Özbəkistan XİN yanında "Jahon" agentliyi məlumat verib.

Məlumata görə, Özbəkistanda keçiriləcək iclasda iştirak etmək üçün Əmr əl-Dabbaq sərmayələri üzrə Baş Agentliyinin başçısının rəhbərliyi ilə Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti Özbəkistana səfər edəcək. Nümayəndə heyətinin tərkibinə nazirliklərin, idarələr, Səudiyyə Ərəbistanının böyük şirkətlərinin 70-dən çox nümayəndəsi daxildir.

Hökumətlərarası komissiyanın iclasında ikitərəfli ticari-iqtisadi əməkdaşlıq məsələləri, xüsusilə də qarşılıqlı əmtəə dövriyyəsinin həcminin artırılması, Özbəkistan-Ərəbistan Sahibkarlar Şurasının yaradılması, həmçinin elmi-texniki əməkdaşlığın genişləndirilməsi və mədəniyyət sahəsində səfərlərin mübadiləsinin fəallaşdırılması məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.

İclasın yekunları üzrə Özbəkistan və Səudiyyə Ərəbistanı arasında sərmayənin stimullaşdırılması və müdafiəsi haqqında sazişin imzalanması gözlənilir.

Müxtəlif nazirliklərin, idarələrin, iki ölkənin iri şirkətlərinin nümayəndələrinin iştirakı ilə Özbəkistan və Səudiyyə Ərəbistanının işgüzar dairələrinin biznes forumunun keçirilməsi planlaşdırılır.

Biznes forumun işində Səudiyyə Ərəbistanının "SABEC", "Abdul Ghafoor Amin & Co", "ASK Int. Group", "A.K. Saeed for Trade & Industry Co. Ltd", "Kinana Co. for Trading and Contracting" şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti