...

Azərbaycan Beynəlxalq Bankı BMHS üzrə auditin keçirilməsi üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2010 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Beynəlxalq Bankı (ABB) və onun törəmə şirkətlər qrupu beynəlxalq maliyyə hesabatlları standartları (BMHS) və auditin əsasında maliyyə fəaliyyətinin auditinin keçirilməsi üçün xarici auditorun xidmətlərinin cəlb olunması üzrə tender elan edib. Bu barədə tender komissiyasının cümə axşamı rəsmi mətbuatda dərc olunmuş məlumatında bildirilir.

Tender 2010-cu ilin birinci yarısında və illik dövriyyə üzrə fəaliyyətin yekunları ilə bağlı bankın və törəmə şirkətlərin auditinin keçirilməsi üçün elan edilib.

Beynəlxalq Bank qrupuna ABB - Moskva, ABB - Gürcüstan, Beynəlxalq Sığorta Şirkəti, "Azericard" daxildir.

İddiaçılar müvafiq sənədləri (tenderin tələblərinə uyğunluq haqqında ərizə, iştirakın dəyərinin ödənilməsi haqqında bank arayışı, ad, hüquqi status, rekvizitlər və qeydiyyat ölkəsi tam göstərilməli, son ildə maliyyə vəziyyəti haqqında bank arayışı, tender təklifi dəyərinin bir faizi haqqında bank zəmanəti) mayın 27-dək təqdim etməlidirlər.

Tenderdə iştirakın dəyəri bir min manat təşkil edir.

Tender proseduru iyunun 10-da ABB-nin inzibati binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti