...

DB Azərbaycanda məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsinin icmalını aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2010 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir N.İsmayılova/

Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsinin (IDP EDSP) reallaşmasının gedişinin icmalı üçün aprelin 26-dan layihənin rəhbəri Coana De Berenin rəhbərliyi ilə Dünya Bankının (DB) missiyasının Bakıya səfəri başlayır. Bu barədə bazar ertəsi DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.

"Missiya Bakıda mayın dördünə kimi qalacaq və bu səfər icmal xarakteri daşıyır", - nümayəndəlikdən bildirilib.

Layihənin birinci mərhələsinin dəyəri 12,6 milyon dollar təşkil edir. Bunun 11,5 milyon dolları DB-nin kreditinin hesabına ayrılıb. Praktikaya zidd olaraq, layihə üzrə vəsait bir il tez mənimsənilib, lakin inflyasiya prosesləri ilə əlaqədar nəzərdə tutulan 200 infrastruktur mikrolayihələri başa çatdırılmayıb. Bu səbəbdən əlavə vəsaitlər tələb olunub. Layihənin başa çatdırılması üçün cəmi 24,19 milyon dollar ayrılıb. Bundan 9,6 milyon SDR (15 milyon dollar) DB-nin, 8,69 milyon dollar (3,69 milyon dollar məbləğində ƏDV nəzərə alınmaqla) ölkə hökumətinin payına düşür.

Layihə çərçivəsində 108 min məcburi köçkün mənfəət əldə edəcək. Azərbaycan tərəfinin xahişi ilə bank mikrolayihələrin reallaşmasında icmaların iştirakının payının üç faizədək azaldılmasına razılaşıb.

Dünya Bankı Azərbaycanda məcburi köçkünlərin dəstəklənməsi üçün cəmi üç kredit ayırıb. 10 milyon dollar məbləğində birinci kredit 2001-ci ildə ayrılıb. Həmin vəsaitlərin hesabına məcburi köçkünlərin müvəqqəti sıx yaşadıqları yerlərdə infrastrukturun bərpası üzrə 192 mikrolayihə maliyyələşdirilib. Bu layihədən 170 min nəfər mənfəət əldə edib.

2009-cu ildə Azərbaycanda 1700 ailə (6500 məcburi köçkün) yeni qəsəbələrdə evlə təmin olunub. Məcburi köçkünlər probleminin həllinin prioritet olduğunu nəzərə alaraq, bu tədbirlərin maliyyələşdirilməsi, dünya böhranına baxmayaraq, 2010-cu ildə də davam etdiriləcək. Gələn il ölkənin Dövlət Neft Fondu hesabına daha 612 ailənin (2 500 nəfər) yerləşdirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti