Аzərbaycan,Bakı, 22 may /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycan Turizm Assosiasiyası ölkədə qeyri-qanuni fəaliyyət göstərən turizm şirkətlərinin aşkar edilməsi üçün monitorinqlərə başlayıb, şənbə günü cəmiyyətin prezidenti Nahid Bağırov məlumat verib.
"Monitorinqlərin ilkin nəticələri bazarda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin müvafiq lisenziyası olmadan fəaliyyət göstərən özəl şirkətləri və şəxsləri aşkar etdi.
Onun sözlərinə görə, belə şirkətlərin mövcudluğu turizm bazarının ümumi inkişafına, göstərilən xidmətlərin peşəkarlıq səviyyəsinə mane olur və bazarda qiymət siyasətinin pozulmasına zəmin yaradır.
"Bu cür şirkətlər yaxud şəxslər yerli turistlərə Türkiyənin otellərinə (əsasən azərbaycanlı turistlərin üstünlük verdiyi otellər) avro ilə putyovkalar satırlar, belə ki, bu otellərin siyasətinə əsasən, burada yalnız Avropa vətəndaşlarına istirahət etməyə icazə verilir",-assoasiyanın rəhbəri bildirib.
"Türkiyənin otelləri MDB ölkələrinin vətəndaşları, xüsusilə də Azərbaycandan olan turistlərə öz obyektlərində dollarla verilən qiymətlər əsasında nömrələr saxlayırlar", -Bağırov bildirdi.
"Putyovkaların Avropa valyutası ilə turistlərə satılmasını qeyri-qanuni və həmçinin nəticədə aldadılmış turistlərin hüquqlarının pozulması kimi qiymətləndirmək olar",-Bağırov deyib.
Assosiasiyanın prezidenti qeyd edib ki, Türkiyənin otellərinə "avro"ilə putyovka alan azərbaycanlı turistlər böyük risk edirlər:birincisi, onlar otelə buraxılmaya da bilərlər, ikincisi çıxılmaz vəziyyətdə qalan turistlər sutkada 20 faizə yaxın təşkil edən fərqi ödəməyə məcbur olacaqlar.
Turizm Assosiasiyası xəbərdarlıq edir ki, bazarın inkişafına mane olan bütün özəl turizm şirkətləri və şəxslərlə bağlı aparılan yoxlamalar nəticəsində inzibati sanksiyalar tətbiq olunacaq",-Bağırov deyib.
Bağırov bütün azərbaycanlı turistləri öz hüquqlarını qorumaq məqsədilə türk şirkətlərinə münasibətdə sayıq və diqqətli olmağa, onlardan Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunmuş lisenziya tələb etməyə çağırıb.
Hazırda Azərbaycanda 100-dən çox turizm şirkəti fəaliyyət göstərir.