...

Azərbaycanın təbii fəlakət zonasında sahibkarlar və kənd təsərrüfatı subyektlərinin problemlərinin həlli üzrə komissiya yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2010 13:16 (UTC +04:00)
Kür və Araz çaylarının məcradan çıxması və baş vermiş daşqınlarla bağlı respublika Prezidentinin tapşırıqlarını yerinə yetirmək məqsədilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında nazir Şahin Mustafayevin rəhbərlik etdiyi komissiya yaradılıb, - çərşənbə günü nazirlikdən yayılan məlumatda deyilir.
Azərbaycanın təbii fəlakət zonasında sahibkarlar və kənd təsərrüfatı subyektlərinin problemlərinin həlli üzrə komissiya yaradılıb

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir N.İsmayılova/

KürAraz çaylarının məcradan çıxması və baş vermiş daşqınlarla bağlı respublika Prezidentinin tapşırıqlarını yerinə yetirmək məqsədilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında nazir Şahin Mustafayevin rəhbərlik etdiyi komissiya yaradılıb, - çərşənbə günü nazirlikdən yayılan məlumatda deyilir.

Komissiyanın tərkibində nazirliyin tabeliyində olan struktur nümayəndələrinin daxil olduğu işçi qruplar fəaliyyət göstərirlər. İşçi qrupları komissiyanı məlumatlandırmaq məqsədilə sahibkarlar və kənd təsərrüfatı subyektlərinin problemlərini öyrənmək üçün daimi olaraq təbii fəlakət baş vermiş zonada olacaqlar.

Komissiya təbii fəlakət zonasında iqtisadiyyatın bərpası və yenidən qurulması məqsədilə sahibkarlar və kənd təsərrüfatı subyektlərinin problemlərini həll etmək üzrə təkliflər planı hazırlayır.

Xəbər lenti

Xəbər lenti