...

"Azericard Prossesinq" Mərkəzinin yeni direktoru təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2010 15:38 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının tabeliyində olan "Azericard Prossesinq" Mərkəzinin yeni direktoru təyin olunub, - çərşənbə axşamı ABB-dən verilən məlumatda deyilir.
"Azericard Prossesinq" Mərkəzinin yeni direktoru təyin olunub

Аzərbaycan, Bakı, 8 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Beynəlxalq Bankının tabeliyində olan "Azericard Prossesinq" Mərkəzinin yeni direktoru təyin olunub, - çərşənbə axşamı ABB-dən verilən məlumatda deyilir.

"Azericard"ın yeni rəhbəri ABB-nin "Mərkəz" filialının keçmiş direktoru Anar Sultanov təyin edilib. Sultanov bu vəzifəyə iyunun 7-dən keçib.

"Azericard Prossesinq" Mərkəzinin yeni başçısının təyin olunması zərurəti "Azericard"ın direktoru Elmar Sadıqovun mayın 30-da 42 yaşında dünyasını dəyişməsi ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti