...

Azərbaycan Sahibkarları Konfederasiyası Beynəlxalq İşəgötürənlər Təşkilatının tamhüquqlu üzvü olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 17:31 (UTC +04:00)
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Beynəlxalq İşəgötürənlər Təşkilatının tamhüquqlu üzvü oldu.
Azərbaycan Sahibkarları Konfederasiyası Beynəlxalq İşəgötürənlər Təşkilatının tamhüquqlu üzvü olub

Аzərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Ü.İsmayılova/

AzərbaycanRespublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Beynəlxalq İşəgötürənlər Təşkilatının tamhüquqlu üzvü oldu. Bu barədə cümə günü konfederasiyadan verilən məlumatda deyilir.

Konfederasiyanın təşkilata tamhüquqlu üzvlüyü barədə qərar Beynəlxalq İşəgötürənlər Təşkilatı şurasının iyunun 1-də keçirilən iclasında qəbul olunub.

Konfederasiya 1999-cu il aprelin 9-da dövlət qeydiyyatından keçib. Tərkibinə 3500-dən çox sahibkarlıq subyekti daxildir.

Beynəlxalq İşəgötürənlər Təşkilatı Beynəlxalq Əmək Təşkilatında qlobal səviyyədə işəgötürənlərin maraqlarının inkişafı və qorunması üzrə daimi fəaliyyət göstərən yeganə beynəlxalq təşkilatdır. Təşkilatın tərkibinə 141 ölkədən 148 milli işəgötürənlər birliyi daxildir.

Beynəlxalq İşəgötürənlər Təşkilatının əsas vəzifəsi müəssisələrin uğurlu inkişafı və yeni iş yerlərinin yaradılmasına imkan yaradan sosial əmək siyasətinin qurulmasında sahibkarların iştirakını təmin etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti