...

BVF 2010 və 2011-ci illər üzrə MDB ölkələrinin iqtisadi artım proqnozlarını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 16:52 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) 2010-cu il üzrə MDB ölkələrinin iqtisadi artım proqnozlarını 0,3 faizdən 4,3 faizədək artırıb. Bu barədə fondun "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı hesabatında deyilir. Hesabat BVF-in saytında yerləşdirilib.
BVF 2010 və 2011-ci illər üzrə MDB ölkələrinin iqtisadi artım proqnozlarını artırıb

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Valyuta Fondu (BVF) 2010-cu il üzrə MDB ölkələrinin iqtisadi artım proqnozlarını 0,3 faizdən 4,3 faizədək artırıb. Bu barədə fondun "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı hesabatında deyilir. Hesabat BVF-in saytında yerləşdirilib.

Hesabatda deyildiyinə görə, 2011-ci ilə MDB ölkələrinin iqtisadi artım proqnozu da 4,3 faiz təşkil edir və 0,7 faiz yüksəlib. Rusiyada iqtisadi artım proqnozları 2010-cu ilə 4,3 faiz və 2011-ci il üzrə 4,1 faiz təşkil edir.

BVF-in proqnozlarına görə, 2010-cu ildə dünya iqtisadiyyatında artım 4 faizə yaxın və 2011-ci ildə isə 4,25 faiz təşkil edəcək. Hesabatın aprel buraxılışı ilə müqayisədə bu proqnozlarda 2010-cu ildə artıma doğru təxminən 0,5 faizlik düzəlişlərin edilməsi bu ilin birinci yarısında aktivliyin daha yüksək səviyyəsi ilə izah olunur. 2011-ci il üzrə proqnoz ümumilikdə dəyişməz olaraq qalıb.

"Təşəkkül tapmış bazar ölkələrindəki siyasi tədbirlər, eləcə də struktur islahatlar və bəzi hallarda mübadilə məzənnələrinin böyük çevikliyi dünyada tələbin yenidən balanslaşdırılmasına kömək etməlidir", - hesabatda deyilir.

2010-cu ilin birinci rübündə dünya iqtisadiyyatı əsasən Asiyada yüksək artım templəri səbəbindən illik hesablamada beş faizlik templə artıb.

İndi ümumilikdə inkişaf etmiş iqtisadiyyata malik ölkələrdə istehsalın 2010-cu ildə 2,5 faiz (artım istiqamətində 0,25 faizlik bənd üzrə kiçik düzəliş birinci rübdə, xüsusilə də Asiyanın inkişaf etmiş ölkələrində artımın gözlənilmədən sürətlənməsi ilə əlaqədardır) olacağı gözlənilir.

2011-ci ildə inkişaf etmiş iqtisadiyyata malik ölkələrdə artım templəri 2010-cu il hesabatının aprel buraxılışına (2,5 faiz) nisbətən ümumilikdə dəyişməz olaraq qalacaq.

2011-ci ildə təşəkkül tapmış bazar ölkələrində və inkişaf etməkdə olan ölkələrdə istehsal artımının illik hesablamada 6,5 faizədək azalacağı gözlənilir. Bu proqnoz 2010-cu il hesabatının aprel buraxılışına nisbətən ümumilikdə dəyişməz olaraq qalacaq. Lakin indi artım 4-cü rüblə müqayisədə 6,75 faiz səviyyəsində proqnozlaşdırılır. Bu proqnozlar ümumilikdə təşəkkül tapmış bazar ölkələri və inkişaf etməkdə olan ölkələrin artım templərinə müvafiqdir, lakin bununla yanaşı, onlar arasında əhəmiyyətli fərq var. Yüksəlişdə əvvəllər olduğu kimi, Asiya və Latın Amerikasının təşəkkül tapmış bazara malik ölkələri mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti