...

"ASB Bank"ın kredit portfeli 72 milyon manatı keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2010 15:19 (UTC +04:00)
İyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən "ASB Bank"ın aktivləri mayın 1-dəki 109,98 milyon manata qarşı 3,3 faiz azalaraq, 106,3 milyon manat təşkil edib. Bu barədə bankın məlumatında deyilir.
"ASB Bank"ın kredit portfeli 72 milyon manatı keçib

Azərbaycan, Bakı, 9 iyul /Trend/

İyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən "ASB Bank"ın aktivləri mayın 1-dəki 109,98 milyon manata qarşı 3,3 faiz azalaraq, 106,3 milyon manat təşkil edib. Bu barədə bankın məlumatında deyilir.

Hesabat dövründə bankın depozit portfeli mayın 1-dəki 76,9 milyon manata qarşı 5,1 faiz azalaraq, 73 milyon manat təşkil edib.

May ayı ərzində bankın kredit portfeli 1,2 faiz artaraq, 71,4 milyon manata qarşı 72,6 milyon manat olub. 2010-cu il aprelin əvvəllərinə ümumi kapital 24,9 milyon manata, nizamnamə kapitalı 22,11 milyon manata bərabər olub.

ASB Bank öz fəaliyyətinə 1996-cı ildən başlayıb. Bu gün ölkədə bankın 8 filialı, 26 bankomat və 261 POS-terminalı fəaliyyət göstərir.

İyulun 9-da cari məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti