...

Azərbaycanda qiymətli kağızlar bazarı üzrə vahid qanun hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2010 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.Xəlilova/

2010-cu ilin birinci yarısında Azərbaycanda qiymətli kağızlar bazarına yumşaq pul siyasəti, özəlləşdirmə prosesinin stabilləşdirilməsi və vergi güzəştləri kimi yeni amillər təsir edib. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı altı ayın yekunlarına həsr olunmuş hesabat iclasında bəyan edib.

QKDK-nın Bazarın inkişafı və tədqiqatlar şöbəsinin direktoru səlahiyyətlərinin icraçısı Amin Muradov bazar institutlarının debürokratikləşdirilməsi, ticarət və post-ticarət platformalarının inteqrasiyası, əməliyyat məsrəflərinin azaldılması və yeni alətlərin buraxılışı haqqında ətraflı məlumat verib.

QKDK-nin struktur bölmələrinin fəaliyyəti müzakirə olunduqdan sonra onların gələcək fəaliyyətlərinə dair tapşırıqlar verilib. QKDK sədri Komitənin hesabat dövründə səmərəli fəaliyyət göstərdiyini, növbəti dövrdə qiymətli kağızlar bazarının ortamüddətli inkişaf strategiyasının və bazar üçün vahid qanunun hazırlanması ilə əlaqədar məsuliyyət səviyyəsinin artacağını qeyd edib.

Aslanlı qarşıdakı dövrdə fəaliyyət planına uyğun olaraq islahatları sürətləndirməyi, eləcə də tələbin stimullaşdırılması üzrə yeni təşəbbüslərin işlənməsini və ölkənin fond bazarında stimullaşdırma üzrə yeni təşəbbüslərin hazırlanmasını tapşırıb.

Xəbər lenti

Xəbər lenti