...

Azərbaycan bankı "Bank of Baku" öz ipoteka proqramının həyata keçirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2010 14:32 (UTC +04:00)
Azərbaycan bankı "Bank of Baku" ASC 2010-cu ilin avqust ayından etibarən əhaliyə daxili ipoteka kreditləşməsi proqramı çərçivəsində ipoteka kreditlərinin ayrılmasına start verir. Bu, əhalinin tələbat və ehtiyaclarının maksimal dərəcədə ödənilməsinə yönəlib. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.
Azərbaycan bankı "Bank of Baku" öz ipoteka proqramının həyata keçirilməsinə başlayıb

Azərbaycan, Baku, 30 iyul /Trend/

Azərbaycan bankı "Bank of Baku" ASC 2010-cu ilin avqust ayından etibarən əhaliyə daxili ipoteka kreditləşməsi proqramı çərçivəsində ipoteka kreditlərinin ayrılmasına start verir. Bu, əhalinin tələbat və ehtiyaclarının maksimal dərəcədə ödənilməsinə yönəlib. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.

"Bank of Baku" tərəfindən əhaliyə ayrılan ipoteka kreditləri bankın öz vəsaiti hesabına verilir. Layihə çərçivəsində sənədlərə baxılması və kreditin rəsmiləşdirilməsi qısa zaman ərzində həyata keçirilir", - məlumatda qeyd olunub.

"Bank of Baku"da verilən kreditin maksimal məbləği 50 000 AZN (ipoteka predmetinin dəyərinin maksimum 80%-i) təşkil edir, müddəti - minimum 3, maksimum 84 aydır; əvvəlcədən ödəniş kreditləşən evin ümumi dəyərinin minimal 20%-i qədərdir. İlkin ödəniş 30% və daha artıq olduqda - illik faiz dərəcəsi 19% (istisna hal - alınan mənzil yenitikilidə olduqda, illik faiz dərəcəsi 20%), ilkin ödəniş 30%-dən az olduqda isə, illik 20% təşkil edir.

"Bank of Baku"da ipoteka kreditinin digər şərtləri:

- kredit Azərbaycan Respublikasının vətəndaşına verilir;

- ərizəçinin yaşı minimum 20 - kredit öhdəliyinin sonuncu ödəniş tarixinə maksimum 65 olmalıdır;

- kredit yalnız Bakı və Xırdalan şəhərlərində ilkin və təkrar mənzilin alınması üçün ayrılır, alınan mənzil yeni tikilidə olduqda, binanın tikintisi başa çatmalıdır.

İpoteka kreditinin alınması üçün banka aşağıdakı sənədlər paketini təqdim etmək lazımdır:

- ipoteka üçün ilkin müraciət sənədləri;

- ipotekanın rəsmiləşdirilməsi üçün tələb edilən sənədlər;

- ipotekanın rəsmiləşdirilməsindən sonra təqdim edilən sənədlər.

İlkin mərhələdə ipoteka krediti "Bank of Baku"nun Atatürk prospekti, 42 ünvanında yerləşən xidmət qurumunda verilir.

İyulun 30-na rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti