Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 fazi) ucuzlaşıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,8038 manat səviyyəsində müəyyən edilib.
Avqustun 4-də manatın dollara nisbətdə minimum məzənnəsi 1 ABŞ dollarına 0,8033 manat həcmində müəyyən edilib, həftənin digər günlərində isə 0,8034 manat səviyyəsində olub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
26 iyul |
0,8036 |
2 avqust |
0,8036 |
27 iyul |
0,8036 |
3 avqust |
0,8036 |
28 iyul |
0,8036 |
4 avqust |
0,8036 |
29 iyul |
0,8036 |
5 avqust |
0,8036 |
30 iyul |
0,8036 |
6 avqust |
0,8036 |
Həftə ərzində orta |
0,8036 |
Həftə ərzində orta |
0,8036 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0011 bənd möhkəmlənib (0,11 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80306 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): avqustun 3-4-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8035 AZN/USD səviyyəsində saxlanılıb. Bu, avqustun 5-də 0,8024 AZN/USD məzənnə ilə $4,5 milyon olub; avqustun 6-da sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8024 AZN/USD səviyyəsində saxlanılıb.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi: |
|||
26 iyul |
0,8037 |
2 avqust |
0,8035 |
27 iyul |
0,8037 |
3 avqust |
0,8035 |
28 iyul |
0,8037 |
4 avqust |
0,8035 |
29 iyul |
0,8037 |
5 avqust |
0,8024 |
30 iyul |
0,8021 |
6 avqust |
0,8024 |
Həftə ərzində orta |
0,80338 |
Həftə ərzində orta |
0,80306 |
USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz qalıb - alışı 7 manat, satışı 8 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il, 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən çeklərin, təxminən, 80 faizinin çıxarılması ilə əlaqədardır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]