...

7 ay ərzində Azərbaycan ixrac olunan mallara 5712 mənşə sertifikatı verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2010 16:53 (UTC +04:00)
2010-cu ilin yanvar-iyul aylarında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə cavab verməyən 824,1 ton müxtəlif ərzaq malları satışdan çıxarılıb. Bu barədə xidmətin cümə axşamı yaydığı məlumatda deyilir.
7 ay ərzində Azərbaycan ixrac olunan mallara 5712 mənşə sertifikatı verib

Azərbaycan, Bakı, 12 avqust /Trend/

2010-cu ilin yanvar-iyul aylarında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə cavab verməyən 824,1 ton müxtəlif ərzaq malları satışdan çıxarılıb. Bu barədə xidmətin cümə axşamı yaydığı məlumatda deyilir.

Hesabat dövründə 1122 ticarət və ictimai-iaşə obyektində yoxlamalar aparılmış, bu obyektlərin 966-da qanun pozuntusu aşkar edilmişdir. Məlumatda deyilir ki, satışdan götürülmüş mallar, əsasən, ət və ət məhsulları, şəkər, bal və qənnadı məhsulları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s. ibarətdir. Bu məhsulların 182,1 tonu məhv edilmiş, 30,3 tonu təkrar emala göndərilmiş, 529,7 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılmış, 82 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir.

Bu dövrdə saxlama müddəti ötmüş, normativ sənədlərin tələblərinə cavab verməyən və mənşəyi məlum olmayan 362,6 ton qeyri-ərzaq malları, o cümlədən, yuyucu və təmizləyicilər, kosmetik vasitələr, sement və s. satışdan çıxarılıb. Bu malların 14,3 tonu məhv edilmiş, 220,4 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılmış, 127,9 tonu ilə bağlı isə araşdırma aparılır.

Yanvar-iyul ayları ərzində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə 32 təsərrüfat subyekti barəsində iş qaldırılıb, bunlardan 24-nə yol verdikləri qanun pozuntularına görə 897,3 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 946 qərar qəbul edilmiş və bu qərarlar əsasında inzibati xətaya yol vermiş şəxslərə 1423,9 min manat məbləğində cərimə tətbiq olunmuşdur.

Bu ilin yanvar-iyul ayları ərzində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin laboratoriyalarında ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı 709 müayinə aparılmış, 257 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilərək, müvafiq tədbirlər görülmüşdür.

Bu dövrdə Azərbaycandan ixrac olunan mallara 5712 (o cümlədən, Ümumi Üstünlüklər Sisteminə (GSP+) daxil olan ölkələrə ixrac olunan mallara 412) mənşə sertifikatı verilmişdir.

Avqustun 12-də rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti